Ucnoqta.az
www.ucnoqta.az

Pəncərə silən qadın 4-cü mərtəbədən yıxılaraq öldü

12:13 - 11 May 2026 tarixində dərc olunub.

Paytaxtın Qaradağ rayonunda pəncərə silən 37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib.

Məlumata görə, 1989-cu il təvəllüdlü A.Səfərova yaşadığı evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb.

Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası