Ucnoqta.az
www.ucnoqta.az

Putin Ermənistana referendum keçirməyi təklif etdi

22:32 - 9 May 2026 tarixində dərc olunub.

Rusiya Ermənistan xalqına fayda verən qərarları dəstəkləyəcək. Putin qeyd edib ki, Ermənistanın Aİ və ya AİB-ə qoşulmaq məsələsi ilə bağlı referendum keçirməsi məntiqli olardı.
"Ermənistanın Avropa Birliyinə qoşulmaq planları xüsusi diqqət tələb edir".

Ucnoqta.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bunu bildirib.

"Bizim əsrlər boyu Ermənistan xalqı ilə xüsusi münasibətlərimiz olub və əgər bir qərar Ermənistan xalqına fayda verəcəksə, xahiş edirəm, biz buna qarşı çıxmayacağıq", - deyə Putin bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası