Bakıda zirzəmidən meyit tapılıb.
Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.
Aprlein 27-də itkin düşən 49 yaşlı Asəf Şahlar oğlu Şirinovun meyiti mayın 7-də yaşadığı evin zirzəmisində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Araşdırma aparılır.