Ucnoqta.az
www.ucnoqta.az

ABŞ dronlardan müdafiə üçün beş bazada lazerlər yerləşdirəcək

14:03 - 8 May 2026 tarixində dərc olunub.

ABŞ ordusu pilotsuz uçuş aparatlarından (PUA) müdafiə üçün beş hərbi bazada lazerlər və mikrodalğalı sistemlər daxil olmaqla istiqamətləndirilmiş enerji silahları yerləşdirəcək.

Ucnoqta.az bildirir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat verib.

Pentaqonun məlumatına görə, silahlar Kitsap (Vaşinqton) Hərbi Dəniz Hava Stansiyası, Fort Bliss (Texas), Fort Huachuca (Arizona) Ordu Bazaları, Qrand Forks Hərbi Hava Qüvvələri Bazası (Şimali Dakota) və Uaytmen Hərbi Hava Qüvvələri Bazası (Missuri) ərazilərində qanunsuz dron uçuşlarından müdafiə üçün pilot layihənin bir hissəsi kimi yerləşdiriləcək.

Sistemlərin quraşdırılmasının altı ay ərzində başa çatdırılması planlaşdırılır. 

Müəllif: Ucnoqta.az redaksiyası