Ucnoqta.az
www.ucnoqta.az

Meloni Azərbaycana gəldi

18:31 - 4 May 2026 tarixində dərc olunub.

İtaliya Respublikasının Baş naziri Corcia Meloni Azərbaycan Respublikasına səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Baş naziri Corcia Melonini hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ucnoqta.az redaksiyası