Bakı–Qazax avtomobil yolunun Ağdaş rayonu Ləki qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə bu gün saat 11 radələrində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı yük avtomobili “TIR”la toqquşub. Qəza nəticəsində “Mercedes”in sürücüsü, 36 yaşlı Heydər Hüseyngil hadisə yerində həyatını itirib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.