İspaniya Baş naziri Pedro Sançes təyyarəsinin təcili enişindən sonra gecəni keçirdiyi Ankaradan İrəvana uçub.
Ucnoqta.az xəbər verir ki, Hava Sosyal Medya mülki aviasiya xəbər portalının məlumatına görə, İspaniya Baş nazirinin təyyarəsi ilə bağlı texniki problem gecə ərzində həll edilib. Təyyarə təxminən 20 dəqiqə əvvəl paytaxtın Esenboğa hava limanından havaya qalxıb.
Sançes özü gecəni Ankaradakı Şeraton otelində keçirib və səhər Türkiyə tərəfinin təmin etdiyi diplomatlar və hökumət təhlükəsizliyinin müşayiəti ilə yola düşüb.
İspaniya Baş nazirinin Airbus A310 təyyarəsi bazar günü axşam saatlarında Ankaraya eniş edib. Türkiyə mediasının məlumatına görə, səbəb texniki problem olub.