Ucnoqta.az
www.ucnoqta.az

66 yaşlı kişi hamamda öldü

10:41 - 4 May 2026 tarixində dərc olunub.

Sumqayıt şəhərinin Corat qəsəbəsində 66 yaşlı kişi hamamda yıxılaraq ölüb.

Ucnoqta.az xəbər verir ki, Dadaş Abduləziz oğlu Babayevin meyiti yaşadığı evdə hamam otağında aşkarlanıb.

Belə ki, 1960-cı il təvəllüdlü kişinin müvazinətini itirərək yıxıldığı və hadisə yerində öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası