Ucnoqta.az
www.ucnoqta.az

Milli Onkologiya Mərkəzində partlayış - ölən var

15:36 - 30 Aprel 2026 tarixində dərc olunub.

Milli Onkologiya Mərkəzinin otaqların birində partlayış olması barədə məlumatlar yayılıb.

Ucnoqta.az Qafqazinfo-ya istinadən xəbər verir ki, orada olan şəxslərdən xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar. Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası