Ucnoqta.az
www.ucnoqta.az

İsrail Livanda 16 şəhərin əhalisini evlərini təcili tərk etmələrini tələb etdi

14:33 - 28 Aprel 2026 tarixində dərc olunub.

Livanın cənubundakı Nəbati əyalətindəki 16 şəhərin sakinləri İsrail ordusundan yaxınlaşan hava hücumları səbəbindən dərhal təxliyə olunmaq əmri alıblar.

Ucnoqta.az xəbər verir ki, İsrail Ordusunun sözçüsü Aviçay Edri ərəb dilində X-də bildirib.

Açıqlamada qeyd olunur ki, "Hizbullah" atəşkəsi pozur və biz buna qarşı qətiyyətli tədbirlər görməyə məcburuq.
"Buna görə də, təhlükəsizliyiniz üçün dərhal evlərinizi tərk etməli və Səidə şəhərinə doğru hərəkət etməlisiniz."

Edri vurğulayıb ki, "Hizbullah" döyüşçülərinin, obyektlərinin və ya hərbi texnikasının yaxınlığında olan hər kəs həyatlarını təhlükəyə atır.

Müəllif: Ucnoqta.az redaksiyası