Xəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvləri seçilib.
Ucnoqta.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov MSK sədri və üzvlərinin maaşı ilə bağlı rəqəmləri açıqlayıb. Hüquqşünasın sözlərinə görə, onların illik maaşı 2 milyon manatdan çoxdur:
"Bu gün Mərkəzi Seçki Komissiyasının yeni tərkibi işinə başlayıb. 18 nəfərdən ibarətdir. Sədrin maaşı 12 000 manat, müavininin maaşı 11 000 manat, iki katibinin maaşı 10 000 manat, üzvlərinin maaşı isə 9 000 manatdır. Yəni hər ay təkcə bunlara büdcədən 169 000 manat pul ödənilir. İl ərzində isə 2 028 000 manat edir. Yəqin ki, ezamiyyə xərcləri, mükafatlar filanla bərabər daha çox edir. Bu qədər üzv nəyimizə lazımdır axı? Təklif edirəm ki, tərkibi üç dəfə azaldaq. 6 nəfər olsun və büdcə vəsaitinə də qənaət edək", - deyə hüquqşünas qeyd edib.