Ucnoqta.az
www.ucnoqta.az

Buraxılış imtahanının vaxtı artırılır

13:19 - 27 Aprel 2026 tarixində dərc olunub.

Gələn ildən 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur və bu çərçivədə şagirdlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur.

Ucnoqta.az xəbər verir ki, bunu DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu məsələ artıq DİM tərəfindən razılaşdırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası