Ucnoqta.az
www.ucnoqta.az

"Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı

10:21 - 26 Aprel 2026 tarixində dərc olunub.

Bu gün Azərbaycan Premyer Liqasında XXIX turun daha 2 oyunu keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə "Kəpəz" arasında olacaq. Şamaxı şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Turnir cədvəlində "Şamaxı" 32 xalla 8-ci, "Kəpəz" 21 xalla 10-cu pillədə qərarlaşıb.

Turun mərkəzi oyununda isə "Neftçi" və "Qarabağ" komandaları üz-üz gələcək. "Palms Sports Arena"dakı görüş saat 19:00-da start götürəcək.

Ağdam klubu hazırda 56 xalla 2-ci, paytaxt təmsilçisi 44 xalla 5-cidir.
26 aprel (bazar)

Misli Premyer Liqası, 29-cu tur

16:00 "Şamaxı" – "Kəpəz"
Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu

19:00 "Neftçi" – "Qarabağ"
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”

Müəllif: Ucnoqta.az redaksiyası