Ucnoqta.az
www.ucnoqta.az

AB bayrağı Macarıstan parlament binasına qaytarılacaq

12:04 - 24 Aprel 2026 tarixində dərc olunub.

Avropa Parlamentinin üzvü Peter Magyarın rəhbərlik etdiyi Tisza partiyası tərəfindən yaradılan yeni Macarıstan hökuməti AB bayrağını milli parlament binasının fasadına qaytaracaq.

Ucnoqta.az xəbər verir ki, Magyar bu abrədə öz bloq yazısında yazıb: "Milli Assambleyanın ilk iclasında Avropa Birliyi bayrağı parlamentin fasadına qaytarılacaq. O qeyd edib ki, AB bayrağı orada Macarıstan və Rumıniyada yaşayan macar azlığı olan Sekelinin bayraqları ilə yanaşı nümayiş etdiriləcək.

Macarıstanın yeni Milli Assambleyasının (birpalatalı parlament) ilk iclası 9 maya planlaşdırılıb.

Bayraq son illərdə Viktor Orbanın istefaya gedən hökuməti ilə Aİ rəhbərliyi arasında münasibətlərin pisləşməsi səbəbindən oradan götürülmüşdü.

Müəllif: Ucnoqta.az redaksiyası