Ucnoqta.az
www.ucnoqta.az

Adı qalmaqallarda hallanan həkim direktor TƏYİN OLUNDU

11:42 - 23 Aprel 2026 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova ötən gün işdən çıxarılıb.

Ucnoqta.az unikal.az-a istinadən xəbər verir ki, Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinin icrası tibb müəssisəsinin direktorunun cərrahi xidmətlər üzrə müavini Kamil Hacıyevə həvalə edilib.

Xatırladaq ki, K.Hacıyev 2025-ci ilin iyul ayında Sabunçu Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyinat alıb.

Xatrıladaq ki, Kamil Hacıyevin adı mətbuatda qalmaqallarda hallanıb.

Müəllif: Ucnoqta.az redaksiyası