Ucnoqta.az
www.ucnoqta.az

Bıçaqlanan məktəblinin vəziyyəti açıqlandı (YENİLƏNİB)

11:18 - 23 Aprel 2026 tarixində dərc olunub.

Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbdə bıçaqlanan şagirdin son durumu açıqlanıb.

Bu barədə Ucnoqta.az-a TƏBİB-dən məlumat verilib.

“21 aprel saat  14:10 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub”,- deyə bildirilib. 

Qeyd edilib ki, pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib. İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

10:07

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbində qeydə alınıb. Məktəbin şagirdi 2012-ci il təvəllüdlü U.İ. kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası