Ucnoqta.az
www.ucnoqta.az

Ronaldonun komandası finala yüksəldi

00:15 - 23 Aprel 2026 tarixində dərc olunub.

Kriştiano Ronaldonun komandası "Əl-Nəsr" AFC Çempionlar Liqasının finalına yüksəlib.

Ucnoqta.az bildirir ki, 41 yaşlı portuqaliyalı hücumçunun oynadığı Səudiyyə Ərəbistanı klubu Asiyanın ikinci ən böyük turnirinin yarımfinal matçında Qətərin "Əl-Əhli" komandasını 5-1 hesabı ilə məğlub edib.

Qələbələr üçün Kinqsli Koman het-trik etdi. Ronaldo fərqlənə bilməyib. "Əl-Nəsr" finalda Yaponiyanın "Qamba Osaka" klubu ilə qarşılaşacaq.

Müəllif: Ucnoqta.az redaksiyası