Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da iki təyyarə toqquşmadan son anda yayındı

10:21 - 21 Aprel 2026 tarixində dərc olunub.

ABŞ Federal Aviasiya Administrasiyası iki "Southwest Airlines" sərnişin təyyarəsi arasında havada toqquşma ilə nəticələnəcək hadisəni araşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Ötən şənbə axşamı Neşvill Beynəlxalq Hava Limanında (Tennessi) "Southwest Airlines"ə məxsus bir təyyarə güclü küləklə yaxınlaşıb və bu da hava hərəkəti dispetçerlərinin onu geri dönməyə yönəltməsinə, lakin fərqli bir uçuş-enmə zolağına təyin etməsinə səbəb olub.

Eyni zamanda, başqa bir "Southwest Airlines" təyyarəsi yaxınlıqda havaya qalxırdı.

Təyyarələr nəticədə havada təxminən 150 metr aralıda bir-birinin yanından keçdilər. Bort sistemləri pilotları potensial toqquşma barədə xəbərdar edib və yalnız bu xəbərdarlıq sayəsində faciənin qarşısı alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası