Ucnoqta.az
www.ucnoqta.az

"Turan Tovuz" "Zirə"yə qarşı - Bu gün ilk finalçı bəlli olacaq

09:43 - 21 Aprel 2026 tarixində dərc olunub.

Azərbaycan Kubokunda bu gün ilk finalçı bəlli olacaq.

Ucnoqta.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında "Zirə" doğma meydanda "Turan Tovuz" komandasını qəbul edəcək.

Zirə İdman Kompleksi stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək. Oyunun baş hakimi Əli Əliyev olacaq.

Tərəflər arasında baş tutan ilk görüşdə "Zirə" rəqibini 2:0 hesabı ilə məğlub edib və final yolunda üstünlük qazanıb.

Xatırladaq ki, digər yarımfinal görüşü aprelin 22-də keçiriləcək. "Sabah" komandası "Qarabağ" ilə qarşılaşacaq.

İlk matçda qalib müəyyənləşməyib – 2:2.

Müəllif: Ucnoqta.az redaksiyası