Ucnoqta.az
www.ucnoqta.az

Maştağada 4 nəfər evdən 8 min manatlıq qızıl oğurladı

13:08 - 20 Aprel 2026 tarixində dərc olunub.

Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində sakinlərdən birinin evindən oğurluq edilib.

 DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər – N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliyev müəyyən edilərək saxlanılıblar.

Onların daxil olduqları evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası