Qərbi Almaniyanın Moers şəhərində (Şimali Reyn-Vestfaliya) Sıx məbədində baş verən davada ən azı 11 nəfər yaralanıb.
Ucnoqta.az bildirir ki, bu barədə Bild qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, polis məbədin yaxınlığında genişmiqyaslı əməliyyat keçirir. Ərazi tamamilə mühasirəyə alınıb. İlkin məlumatlara görə, daha əvvəl 40-dan çox insanın iştirak etdiyi dava baş verib. Şahidlər münaqişə zamanı bıçaqlı silah və odlu silahlardan istifadə edildiyini bildirirlər.
Polis dava edən qrupları ayırıb. Əvvəlcə məbədin içərisində silahlı bir şəxsin gizlənə biləcəyindən şübhələnilib. Düsseldorfdan xüsusi təyinatlılar kömək üçün gəlib və polis helikopteri ərazini dövrə vurub.
Hüquq-mühafizə orqanları daha sonra binada silahlı şəxslərin tapılmadığını bildirib. Qəzetin məlumatına görə, toqquşmada əsasən başından xəsarət alan 11 nəfər yaralanıb.