Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Ucnoqta.az AQTA-ya istinadən xəbər verir ki, Neftçala rayonu, Birinci Qaralı kəndində fəaliyyət göstərən, fiziki şəxs Əskərov Əhəd Maqsud oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı marketdə bir sıra nöqsanlar müəyyən edilib, yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb. Həmçinin obliqat qrupuna aid işçinin tibbi müayinədən keçmədiyi məlum olub.
Fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, tibbi müayinədən keçməyən işçinin kənarlaşdırılması və istehlaka yararsız məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.