Ucnoqta.az
www.ucnoqta.az

ABŞ İranın neft sektoruna qarşı yeni sanksiyalar tətbiq edib

00:19 - 16 Aprel 2026 tarixində dərc olunub.

ABŞ Maliyyə Nazirliyi İranın neft sektoruna qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə mətbuat açıqlamasında bildirilib.

Maliyyə naziri Skott Bessent bildirib ki, xəzinədarlıq Tehranın terrorçu fəaliyyətlərini dəstəkləməyə davam edənlərə qarşı bütün mövcud vasitələrdən və səlahiyyətlərdən, o cümlədən ikinci dərəcəli sanksiyalardan istifadə edəcək.

Bəyanatda qeyd olunur ki, sanksiyalar iyirmidən çox şəxsə, şirkətə və gəmiyə yönəlib.

"Yuxarıda adı çəkilən şəxslərin ABŞ-da yerləşən və ya ABŞ-da yerləşən şəxslərin mülkiyyətində və ya nəzarətində olan bütün əmlak və əmlak maraqları bloklanır", - mətbuat açıqlamasında bildirilib.

Müəllif: Ucnoqta.az redaksiyası