Ucnoqta.az
www.ucnoqta.az

Bakıda intihar etmək istəyən gənc xilas edildi - VİDEO

12:22 - 15 Aprel 2026 tarixində dərc olunub.

Bakıda intihar etmək istəyən gənc xilas edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Qeyd olunub ki, N.Nərimanov rayonu Mövsüm Sənani 153 ünvanında gənc qız intihara cəhd etmək istəyib.

Gənci intihar fikrindən polislər daşındırıb.

Müəllif: Ucnoqta.az redaksiyası