Ucnoqta.az
www.ucnoqta.az

"Fransanı sevirəm" - Tramp

00:13 - 15 Aprel 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp Fransaya sevgisini bəyan etdi.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Fransanın LCI televiziya kanalının jurnalistinə bildirib.

Media nümayəndəsi İranla bağlı görüş zamanı Amerika liderinə zəng edib. O, zəngə cavab verib, lakin hazırda danışa bilmədiyini deyib.

"Hazırda birbaşa İranla bağlı görüşdəyəm, ona görə də hazırda sizinlə danışa bilmərəm, amma işlərimiz çox yaxşıdır və mən Fransanı sevirəm", - Tramp deyib.

Müəllif: Ucnoqta.az redaksiyası