Ucnoqta.az
www.ucnoqta.az

Taksi sürücüsünə qarşı quldurluq edən şəxslər saxlanıldı

17:39 - 14 Aprel 2026 tarixində dərc olunub.

İsmayıllı rayonunda quldurluq hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qeyd olunub ki, naməlum şəxslər müştəri qismində mindikləri taksinin sürücüsünə xəsarət yetirərək nəqliyyat vasitəsini ələ keçirib hadisə yerindən uzaqlaşıblar. Tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubovun Bakı ərazisində gizləndikləri yer polis əməkdaşları tərəfindən müəyyən edilib və onlar saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası