Ucnoqta.az
www.ucnoqta.az

1960-cı il Olimpiya çempionu vəfat edib

15:04 - 14 Aprel 2026 tarixində dərc olunub.

1960-cı il Olimpiya 800 metrlik yarışının çempionu Lyudmila Lısenko 91 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onun ölüm səbəbi açıqlanmayıb.

Lısenko Roma Olimpiadasında 800 metrlik yarışda 2 dəqiqə 4,3 saniyəlik dünya rekordu qıraraq qızıl medal qazanıb. O, həmçinin 1954-cü il Avropa Çempionatında bürünc medal qazanıb.

1955-ci ildə SSRİ İdman Ustası adına layiq görülüb və daha sonra SSRİ-nin Əməkdar İdman Ustası olub. 1960-cı ildə Lısenko Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib.

Müəllif: Ucnoqta.az redaksiyası