Ucnoqta.az
www.ucnoqta.az

Füzulidə mina partlayıb - ANAMA əməkdaşı həlak oldu

12:29 - 14 Aprel 2026 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub.

Bu barədə Ucnoqta.az-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baș verib.

Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışında həlak olub.

Müəllif: Ucnoqta.az redaksiyası