Ucnoqta.az
www.ucnoqta.az

Çin tankeri Hörmüz boğazından keçdi

11:26 - 14 Aprel 2026 tarixində dərc olunub.

ABŞ sanksiyaları altında olan Çinə məxsus Malavi bayrağı altında üzən "Rich Starry" tankeri, ABŞ ordusunun İrana qarşı dəniz blokadasından sonra Hörmüz boğazından keçib.

Ucnoqta.az xəbər verir ki, CNN bu barədə Dəniz Trafiki xidmətinin məlumatlarına istinadən məlumat yayıb.

Xidmətin məlumatına görə, gəmi 14 aprel səhəri Hörmüz boğazından keçib. Tanker əvvəlcə 13 aprel axşamı Fars körfəzindən çıxmağa çalışıb, lakin Qeşm adası yaxınlığında geri dönüb. CNN-in məlumatına görə, gəmi metanol daşıyır və təyinat yeri Çin kimi qeyd olunub.

Tanker "Full Star Shipping" şirkətinə məxsusdur və 2023-cü ildən bəri İranla əlaqələrinə görə ABŞ sanksiyaları altındadır.

Müəllif: Ucnoqta.az redaksiyası