İran və ABŞ nümayəndə heyətlərinin üzvləri arasında Pakistanın Baş naziri Şahbaz Şərifin rəhbərlik etdiyi vasitəçilərlə məsləhətləşmələrdən sonra İslamabadda şəxsən danışıqlar aparılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Amerika televiziya kanalı CNN mənbələrə istinadən məlumat verib.
Əvvəllər xəbər verildiyi kimi, İslamabadda danışıqlar iki formatda - ya birbaşa, ya da vasitəçilər vasitəsilə baş tuta bilər. Tasnim xəbər agentliyinin məlumatına görə, İran tərəfi görüşlərin bir gün uzadılması ehtimalını istisna etməyib.
Agentliyin məlumatına görə, İran və ABŞ nümayəndə heyətləri bir sıra məsələlər üzrə ətraflı və texniki müzakirələrə keçiblər.