Ucnoqta.az
www.ucnoqta.az

Xəzərdə zəlzələ olub

09:14 - 11 Aprel 2026 tarixində dərc olunub.

Xəzər dənizində zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Yerli vaxtla saat 07:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub.

Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.

Müəllif: Ucnoqta.az redaksiyası