Ucnoqta.az
www.ucnoqta.az

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə: Aprelin 13-dən ...

15:26 - 10 Aprel 2026 tarixində dərc olunub.

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində keçiriləcək.

Bu barədə Ucnoqta.az-a MÜTDA-dan məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Sənəd qəbulu 13 aprel saat 11:00-dan 20 aprel saat 11:00-dək davam edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası