Ucnoqta.az
www.ucnoqta.az

AL Marketlərdə avtomobil qazandıran lotereya!

15:55 - 8 Aprel 2026 tarixində dərc olunub.

Desc: AL Marketlər şəbəkəsində “Siyəzən Dadlı Toyuq Al Qazan!” adlı stimullaşdırıcı lotereya kampaniyasına start verilib.

Kampaniya çərçivəsində alıcılar həm gündəlik alış-verişlərini edə, həm də dəyərli hədiyyələr qazanmaq şansı əldə edə bilərlər.
Lotereya 7 aprel – 7 may 2026-cı il tarixlərini əhatə edir və bütün AL Market filiallarında keçirilir. Kampaniyada iştirak etmək üçün alıcıların minimum 10 AZN dəyərində Siyəzən dadlı toyuq məhsulları alması kifayətdir. Hər 10 AZN-lik alış-veriş iştirakçıya 1 şans qazandırır.

İştirak üçün alış-verişdən sonra çıxan qəbzdəki xüsusi QR kodu mobil telefon vasitəsilə skan edərək qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı iştirakçılar şəxsi məlumatlarını daxil edərək lotereyaya qoşula bilirlər.
Kampaniya çərçivəsində iştirakçıları bir-birindən dəyərli hədiyyələr gözləyir. Əsas mükafat isə Changan UNI-Z 2025 avtomobilidir. Bundan əlavə, qaliblər soyuducu, iPhone, soba, ətçəkən, airfryer, AirPods və 100 azn-lik AL Kart kimi müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.

Lotereya müddətində 3 tiraj keçiriləcək və hər tiraj üzrə qaliblər AL Market rəsmi sosial media kanllarından canlı yayım vasitəsilə şəffaf şəkildə müəyyən olunacaq.
Tiraj tarixləri aşağıdakı kimidir:
•     22 aprel – I tiraj 
•     1 may – II tiraj 
•     14 may – III tiraj (final tiraj) 
AL Marketlər Şəbəkəsi “Hər gün sərfəli” konsepti ilə müştərilərinə həm sərfəli qiymət, həm də əlavə dəyər təqdim etməyə davam edir.

Kampaniya ilə bağlı ətraflı məlumatı AL Market sosial media səhifələri və alqazan.almarket.az  saytından ala bilərsiniz.

Youtube video linki:  https://youtu.be/Goeu9_JbeEM

Müəllif: Ucnoqta.az redaksiyası