Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda MMC 50 min manat cərimələndi

13:51 - 8 Aprel 2026 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) və onun vəzifəli şəxsini cərimələyib.

Ucnoqta.az AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən 4 iyun – 18 iyul 2025-ci il tarixlərində “Modenis” MMC-də aparılan yerində yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Aşkarlanmış pozuntularla əlaqədar olaraq, “Modenis” MMC İnzibati Xətalar Məcəlləsi-nin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən hüquqi şəxs qismində 50 000 (əlli min) manat məbləğində cərimə olunub.

Bununla yanaşı, təşkilatın vəzifəli şəxsi də həmin maddələr üzrə 10 000 (on min) manat məbləğində inzibati cəriməyə məruz qalıb.

Müəllif: Ucnoqta.az redaksiyası