Ucnoqta.az
www.ucnoqta.az

Bakının mərkəzində yol çökdü - AYNA-nın maşını çuxura düşdü

16:22 - 6 Aprel 2026 tarixində dərc olunub.

Azadlıq prospektində yolun asfalt qatı çöküb və AYNA-nın maşını həmin çuxura düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə metronun "28 May" stansiyasının ikinci çıxışında qeydə alınıb.

Yolun çökməsinə aramsız yağan yağışların səbəb olduğu ehtimal edilir.

Müəllif: Ucnoqta.az redaksiyası