Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda məktəbin həyətində bıçaqlanma

13:06 - 6 Aprel 2026 tarixində dərc olunub.

Ağsuda bıçaqlanma hadisəsi olub.

Ucnoqta.az xəbər verir ki, hadisə səhər saatlarında şəhər ərazisində yerləşən orta məktəblərin birinin həyətində qeydə alınıb.

Rayon sakini 34 yaşlı Dostəli Bağırov mübahisə zamanı 11-ci sinif şagirdi R.S-ya  kəsici alətlə, onun köməyinə gələn qardaşı -16 yaşlı A.S-ya isə əl ilə vuraraq xəsarət yetirib. Zərərçəkən qardaşlara tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

Məlumata görə, D.Bağırov Vətən müharibəsi qazisidir.///lent.az

Müəllif: Ucnoqta.az redaksiyası