Ucnoqta.az
www.ucnoqta.az

Bakıda "Ford" piyadanı vurub öldürdü

09:23 - 6 Aprel 2026 tarixində dərc olunub.

Bakıda maşın piyadanı vuraraq öldürüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Hacıağa Ələkbərov idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Zülfi Kərimovu vurub. Piyada aldğı xəsarətlərdən hadisə yerində ölüb.

Fakla bağlı cinayət işi başlanıb.

Müəllif: Ucnoqta.az redaksiyası