Ucnoqta.az
www.ucnoqta.az

Qusarda 29 yaşlı gənci sel apardı

16:43 - 5 Aprel 2026 tarixində dərc olunub.

Qusarda selin apardığı şəxsin cəsədi aşkarlanıb.

Ucnoqta.az-ın məlumatına görə, Qusar rayonunun Gündüzqala kəndindən keçən Quruçaya sel gəlməsi nəticəsində kənd sakini, 29 yaşlı Farik Fərid oğlu Rəsulov axına düşərək suda boğulub.

Aparılan axtarış tədbirləri nəticəsində F. Rəsulovun cəsədi tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir

Müəllif: Ucnoqta.az redaksiyası