Ucnoqta.az
www.ucnoqta.az

Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı keçirilir

12:14 - 5 Aprel 2026 tarixində dərc olunub.

Dövlət İmtahan Mərkəzi 5 aprel 2026-cı il tarixində inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı imtahanı keçirir.

DİM-dən Ucnoqta.az-a verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün 1227 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunur.

İmtahan iki növbədə keçirilir. Birinci növbə saat 10:00-da başlanıb və 3 saat davam edəcək. İkinci növbə imtahan isə 16:00-da başlanacaq.

İmtahan kompüterlər vasitəsilə elektron formada keçirilir. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, imtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 6, 7 və 8 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.

Müəllif: Ucnoqta.az redaksiyası