Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı Ekvadorda gül yetişdirib 2 manat 40 qəpiyə ölkəmizə gətizdirə bilirsə, ... - İqtisadçı

12:45 - 4 Aprel 2026 tarixində dərc olunub.

Rəsmi məlumata görə, bu ilin yanvar ayında Azərbaycana xaricdən 652 min ABŞ dolları dəyərində 480 min ədəd qızılgül gətirilib. Bir ədəd qızıl gülün ölkəyə çatdırılmasının orta qiyməti 2 manat 20 qəpik olub. 

Ucnoqta.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli bildirib. Natiq Cəfərli qeyd edir ki, yanvar ayında ən çox qızıl gül Ekvadordan gəlib: 
"Bu ölkədən 525 min ABŞ dolları dəyərində 366 min ədəd qızıl gül almışıq (ortalama qiyməti 2 manat 40 qəpik olub). İkinci yerdə Keniyadır – bu ölkədən 56 min ABŞ dolları dəyərində 45 min ədəd qəzıl gül gətirilib (ortalama qiyməti 1 manat 70 qəpik olub). Yanvar ayında Niderlanddan gələn gül sayı 4 dəfə artıb – 7100 dollar dəyərində 6300 ədəd qızıl gül gətirilib (ortala qiyməti 1 manat 91 qəpik). 
İndi soruşacaqsız ki, niyə bu mövzudan yazıram, deyim də, söhbət bir tək o güllərin bazarda 2-3 dəfə baha satıldığından getmir. Belə bir xəbərlər dolaşır ki, Ekvadorda gül işinə azərbaycanlılar baxır, orada plantasiyalar, istehsal və qablaşdırma şəbəkələri qurublar – elədirsə, halal olsun, doğrudan da millətimiz bacarıqlıdır, amma, sual yarınır ki, Ekvadorda bu işi bacaran azərbaycanlı, nədən öz ölkəsində bu biznesi qura, inkişaf etdirə, pul qazana bilmir. 
Dünyanın o başında gül yetişdirib, bütün xərclər daxil 2 manat 40 qəpiyə ölkəmizə gətizdirə bilirsə, deməli, burda da bu işi görə bilər".

Emin

Müəllif: Ucnoqta.az redaksiyası