Ucnoqta.az
www.ucnoqta.az

Qızılın qiyməti 5 min dollaradək arta bilər - AÇIQLAMA

16:04 - 2 Aprel 2026 tarixində dərc olunub.

“Nəzərə alsaq ki, Azərbaycana qızıl əsasən Türkiyədən idxal olunur, orada qiymətlərin artması daxili bazara da birbaşa təsir göstərir. Hazırda qızıl bazarında ciddi dalğalanma dövrü müşahidə olunur".

Bu barədə Ucnoqta.az-a danışan ekspert Natiq Cəfərli bildirir ki, əslində, müharibədən əvvəl qızılın qiyməti daha yüksək idi, hazırda isə müəyyən qədər ucuzlaşma qeydə alınıb: 
"Belə ki, maksimum qiymət 5700 dollar olduğu halda, indi bu göstərici 4300–4400 dollar aralığında dəyişir. Müharibə gözlənilən təsirin əksinə olaraq fərqli nəticə verdi – insanlar qızılı sataraq onu nağd pula çevirməyə üstünlük verdilər. Çünki nağd vəsaitin idarə olunması daha asan hesab olunur".

Natiq Cəfərli qeyd edir ki, Azərbaycan bazarı da əsasən dünya bazarında baş verən proseslərə uyğun reaksiya verir:
"Lakin ümumi proqnozlara görə, müharibə başa çatdıqdan sonra qızılın qiymətində yenidən artım müşahidə olunacaq. Gözlənilir ki, müharibədən qısa müddət sonra qiymətlər maksimum 5000 dollara qədər yüksələ bilər.”

İlkin

Müəllif: Ucnoqta.az redaksiyası