Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz saxlanılan 6 tüfəng aşkarlandı

10:10 - 2 Aprel 2026 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, aprelin 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng və 21 ədəd patron aşkar edərək götürüblər.

Müəllif: Ucnoqta.az redaksiyası