Qırğızıstanın cənubunda 4,5 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat verib.
İnstitutdan verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla səhər saat 5:28-də qeydə alınıb.
Episentr Oş bölgəsində, 23 km dərinlikdə, Üzgen şəhərindən 3 km cənub-qərbdə yerləşib. Üzgendə, eləcə də Mırza-Arık və Karool kəndlərində zəlzələnin gücü təxminən 4,5, Oş və Manas rayon mərkəzlərində isə 3,0 bal olub.