Ucnoqta.az
www.ucnoqta.az

Millimiz ilk dəfə Afrika komandası ilə qarşılaşacaq - Ayxan Abbasov

22:01 - 29 Mart 2026 tarixində dərc olunub.

Rəqib ilk matçına çıxacağı üçün müəyyən üstünlüyü var.

Ucnoqta.az AFFA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra Leone yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşərkən deyib.

“Turnirdə ikinci oyunumuzu keçirəcəyik. Rəqib ilk matçına çıxacağı üçün müəyyən üstünlüyü var. Buna baxmayaraq, evdə azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik. Syerra Leone iki gün əvvəl qarşılaşdığımız Sent Lüsiyadan fərqli rəqibdir, reytinqdə bizdən üstündür. İnanıram ki, ilk matçdakı ciddiyyət və istək bu dəfə daha çox olacaq. Çünki rəqib bunu tələb edir. Millimiz ilk dəfə Afrika komandası ilə qarşılaşacaq. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olur”.
Komandanın futbolçusu Qismət Alıyev isə sabah keçiriləcək oyunu daha önəmli adlandırıb.

“Sabah bizim üçün daha bir önəmli oyun olacaq. Belə matçlar Millətlər Liqası öncəsi çox vacibdir. Sabahkı görüşdə ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək”.

Qeyd edək ki, qarşılaşma martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək. 

Müəllif: Ucnoqta.az redaksiyası