Ucnoqta.az
www.ucnoqta.az

Su basmış ərazilərdən 84 nəfər təxliyə edilib

18:44 - 28 Mart 2026 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası