Ucnoqta.az
www.ucnoqta.az

ABŞ və İsrail İranda daha bir zavoda zərbə endiriblər

20:10 - 27 Mart 2026 tarixində dərc olunub.

ABŞ və İsrail İranın mərkəzindəki Yəzd əyalətində uran filizi konsentratı zavoduna hücum ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat verib.

Təşkilatın rəsmi açıqlamasında istinadən bildirilir ki, Yəzd əyalətinin Ərdəkan şəhərindəki sarı tort (uran filizi konsentratı) zavodu ABŞ-İsrail qüvvələri tərəfindən hədəfə alınıb.

İlkin məlumatlara görə, hücum radioaktiv elementlərin yayılmasına səbəb olmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası