Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub

16:20 - 27 Mart 2026 tarixində dərc olunub.

27 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.

Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

Müəllif: Ucnoqta.az redaksiyası