Ermənistan və ABŞ TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin həyata keçirilməsi üçün hüquqi mexanizmləri nəzərdə tutan hökumətlərarası saziş hazırlayırlar.
Ucnoqta.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu yerli televiziya kanalları tərəfindən yayımlanan brifinqdə açıqlayıb.
"Ermənistan-ABŞ TRIPP üzrə danışıqları səngiməyib və problemsiz davam edir. Birinci addım, ikincisi – hərtərəfli addım 14 yanvarda razılaşdırılıb, dərc edilib və həyata keçirilir.
Növbəti addım hüquqi mexanizmləri təmin edəcək hökumətlərarası sazişin bağlanması olmalıdır. Buna görə də, sənəd üzərində iş hazırda davam edir", - deyə o bildirib.
İranın mövqeyinə gəldikdə, Mirzoyan qeyd edib ki, İran rəsmiləri dəfələrlə açıq şəkildə bildiriblər ki, Ermənistan tərəfi onlara məlumat verib və heç bir narahatlığı yoxdur.
Nazir bildirib ki, biz yalnız Ermənistan, Azərbaycan və İran da daxil olmaqla bütün qonşularımız üçün iqtisadi imkanlar yaradacaq nəqliyyat layihəsi haqqında danışırıq.