Ucnoqta.az
www.ucnoqta.az

Bakının iki qəsəbəsində işıq olmayacaq

13:32 - 19 Mart 2026 tarixində dərc olunub.

Suraxanı rayonunun bəzi ərazilərində işıq təminatında fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, martın 19-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 367 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xətti və Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 14:00-dan 16:30-dək Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov, Əmi Məmmədov, Aşağı qəsəbə küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası