Ucnoqta.az
www.ucnoqta.az

Şagird məktəbin ikinci mərtəbəsindən yıxıldı

14:58 - 17 Mart 2026 tarixində dərc olunub.

233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi martın 17-də dərsdən qaçmaq istəyərkən II mərtəbinin pəncərəsindən yıxılıb.

Bu barədə Bakı şəhəri üzrə Təhsil idarəsindən məlumat verilib.

Qeyd olunub ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb:

"Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır", məlumatda vurğulanıb.

Müəllif: Ucnoqta.az redaksiyası